Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Aİ missiyalarından "insan qalxanı" yaratmaq niyyətindədir.

Bu barədə o, özünün rəsmi Telegram kanalında yazıb.

"Görünür, o, avropalıların orada canlı qalxan kimi oturmasını istəyir. Ukrayna Silahlı Qüvvələrinin top yemi, görünür, ona çatmır. Təzə qan lazımdır", - deyən Medvedev avropalıları "rəhmi gəlməyən" "axmaqlar" adlandırıb.

Sonda Təhlükəsizlik Şurasının sədr müavini Avropa İttifaqını Zelenskinin onlara tapşırdığı rolla razılaşmamağa çağırıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin təklif etdiyi "sülhə doğru üç addım"ı növbəti hərbi əməliyyatlara doğru addımlar adlandırıb.

Bundan əvvəl amerikalı kəşfiyyatçı Ukrayna liderini siyasətə girmiş "səriştəsiz komediyaçı" adlandırmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN