Bu gün Avropa Parlamentinin siyasi qrupları korrupsiya qalmaqalına görə Eva Kaylinin vitse-prezident vəzifəsindən uzaqlaşdırılmasına səs verib.

Bu barədə Reuters xəbər yayıb.

Prezident Roberta Metsola bildirib ki, Kaylinin vəzifəsindən kənarlaşdırılması barədə qərar Avropa Parlamentinin prezidentlərinin konfransı tərəfindən fövqəladə iclasda qəbul edilib. İndi bu qərar çərşənbə axşamı günü keçiriləcək iclasda parlament tərəfindən təsdiqlənməlidir.

Eyni zamanda, Kaylini Yunanıstanda təmsil edən vəkil Mixalis Dimitrakopoulos vitse-prezidentin hər hansı bir qanun pozuntusunu inkar etdiyini söyləyib.

“Onun Qətərdən maliyyələşmə ilə heç bir əlaqəsi yoxdur, heç nə - birbaşa və birmənalı olaraq”,- deyə vəkil bəyan edib.

Xatırladaq ki, dekabrın 9-da Brüssel və onun ətrafında “cinayət təşkilatı, korrupsiya və çirkli pulların yuyulması”nın fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində axtarışlar aparılıb və həbslər edilib. Xüsusilə, hüquq-mühafizə orqanlarının əməkdaşları təxminən 600 min avro nağd pul, mobil telefonlar və kompüter avadanlığı müsadirə ediblər.

Daha sonra məlum olub ki, istintaq çərçivəsində Avropa Parlamentinin vitse-prezidentlərindən biri Eva Kayli və İtaliyadan olan keçmiş deputat Pier-Antonio Pantseri həbs edilib. Artıq qaldırılan iş üzrə dörd müttəhim nəzarətə götürülüb. Bundan əlavə, Kaylinin aktivləri vətənində də (Yunanıstanda)  dondurulub.

Bunun ardınca, Evanı Sosialistlər və Demokratların Mütərəqqi Alyansı da üzvlükdən çıxarmaq qərarına gəlib.

Hətta Avropa Parlamenti araşdırma ilə əlaqədar Qətər vətəndaşlarına Aİ ilə vizasız rejim verilməsi ilə bağlı səsverməni dayandırıb.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN