Ukrayna Təhlükəsizlik Xidməti (UTX) qadağan olunmuş Kommunist Partiyası və Vahid Rus Partiyasının üzvlərinin evlərində axtarış aparıb və silah və “kremlpərəst ədəbiyyat” tapdığını iddia edib.

Bu barədə UTX özünün Telegram kanalında məlumat yayıb.

“Təhlükəsizlik xidməti Kiyev, Dnepr və Krivoy Roqda əks-təxribat fəaliyyəti çərçivəsində qadağan olunmuş Kommunist Partiyası və “Vahid Rus” siyasi partiyası nümayəndələrinin ofislərində və evlərində axtarışlar aparıb”, - məlumatda deyilir.

Axtarışlar UTX tərəfindən “Konstitusiya quruluşunu zorla dəyişdirməyə, devirməyə və ya dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər” maddəsi ilə başlanmış iş çərçivəsində aparılıb. İdarədən verilən məlumata görə, axtarışlar zamanı silah-sursat, Georgi lentləri, Rusiya bayraqları, həmçinin “kremlyönlü ədəbiyyat” aşkar edilib.

Ukrayna Kommunist Partiyasının (KP) fəaliyyətini qadağan etmək qərarı hələ 2015-ci ildə Kiyev Dairə İnzibati Məhkəməsi tərəfindən verilib, lakin sonradan apellyasiya şikayəti verilib və qanuni qüvvəyə minməyib. 2022-ci il martın sonunda Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə Rusiya ilə əlaqəli olduğu iddia edilən müxalifət partiyalarının, o cümlədən KPU-nun fəaliyyətinin hərbi vəziyyət dövrü üçün dayandırıldığını elan etdi. İyulda Lvov məhkəməsi KPU-nun fəaliyyətini qadağan etmək və əmlakını dövlətə keçirmək barədə qərar qəbul edib. Bundan sonra Ukrayna hakimiyyəti partiyanın səkkiz nəşrini, 50-dən çox daşınmaz əmlak obyektini, iki ticarət nişanını və digər əmlakı milliləşdirib. Mart ayında fəaliyyəti dayandırılan partiyaların əksəriyyətinə də Ukrayna məhkəməsinin qərarı ilə qadağa qoyulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN