Qaraçay-Çərkəzdə dekabrın 14-də dəhşətli qəza baş verib. Karaçayevski bələdiyyə rayonunda magistral yolda minik avtomobili ilə yük maşını toqquşub.

REN TV-nin məlumatına görə, qəza günorta saat dörd radələrində Kumış kəndi yaxınlığında baş verib. Toqquşma nəticəsində 3 nəfər ölüb.

Tomsk vilayətində də ölümlə nəticələnən qəza baş verib. Təcili yardım maşını yük maşını ilə toqquşub, həkimlərin hamısı ölüb.

Voronej yaxınlığında dekabrın 14-də səhər saatlarında Luqanskdan Belqoroda gedən sərnişin avtobusu ilə toqquşma nəticəsində hərbi traktorla toqquşub. Səkkiz nəfər xəstəxanaya yerləşdirilib.

Saxalində avtobus minik avtomobili ilə toqquşub. Nəticədə avtobus yan üstə aşıb, 3 sərnişin xəsarət alıb. Ölən yoxdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN