Ukraynanın hər yerində hava həyəcanı elan edilib.

Bu barədə UNIAN nəşri məlumat yayıb.

“Sığınacağa gedin”, - ölkə sakinlərinə müraciətdə deyilir.

Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin onlayn həyəcan xəritəsinin məlumatları da hava xəbərdarlığına dəlalət edir.

Buna əsasən, siqnal əvvəlcə ölkənin şərq rayonlarında səslənib, sonra isə bütün Ukrayna ərazisini əhatə edib.

Qeyd edək ki, “Ukrenerqo” milli enerji şirkəti bundan əvvəl Ukraynanın enerji sistemində gücün çatışmazlığı barədə məlumat vermişdi. Vəziyyət hava şəraiti - külək, yağış və qar ilə mürəkkəbdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN