Rusiya Müdafiə Nazirliyi dekabrın 19-da Belqorod vilayəti üzərində Rusiya ordusu tərəfindən Amerikanın dörd HARM radar əleyhinə raketinin vurulduğunu bildirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

“Belqorod vilayətinin hava məkanında Amerikanın 4 HARM antiradar raketi vurulub”, - Konaşenkov bildirib.

Onun sözlərinə görə, son sutka ərzində Rusiyanın hava hücumundan müdafiəsi LPR və DXR ərazisində, eləcə də Zaporojye və Xerson vilayətlərində səkkiz Ukrayna pilotsuz təyyarəsini məhv etməyə nail olub. Bundan əlavə, Rusiya ordusu HİMARS və Uraqan raketlərinin qarşısını ala bilib.

Daha əvvəl Konaşenkov bildirib ki, dekabrın 18-dən 19-dək Rusiya ordusu daha sərfəli xətləri tutaraq Donetsk istiqamətində bir sıra uğurlu hücum əməliyyatları həyata keçirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN