Yeni ildən sonra Ukraynada yeni səfərbərlik dalğasının keçirilməsi planlaşdırılmır. Bu barədə brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanlığının (APU) kadrlar şöbəsinin rəisi Roman Qorbax bildirib.

"Yeni ildən sonra daha bir [səfərbərlik] dalğasının olacağını söyləmək mümkün deyil. [Onun həyata keçirilməsinə] təsir edən bütün amillər çoxdan nəzərə alınıb. İndi biz müəyyən edilmiş qaydada işləyirik və heç bir dalğa gözlənilmir", - Qorbax deyib.

Eyni zamanda, dekabrın 14-də Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, Ukrayna qoşunları itki verir və döyüş bölgəsində rotasiya edilməlidir, bunun üçün ölkədə səfərbərlik 2023-cü ildə uzadıla bilər.

Fevralın 25-də Ukrayna prezidenti Vladimir Zelenski Ukraynada ümumi səfərbərlik haqqında fərman imzalayıb. Sənədə əsasən, 90 gün ərzində Kiyevdə və ölkənin bütün regionlarında keçirilib. Sonra Ali Rada hərbi vəziyyətlə yanaşı, öz qüvvəsini dəfələrlə uzadıb. Hazırkı səfərbərlik fevralın 19-da başa çatmalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN