Rusiya mətbuatı xəbər verir ki, Çuvaşiyada Urenqoy - Pomarı - Ujqorod magistral qaz kəmərində irimiqyaslı yanğın baş verib.

“Mash”ın yazdığına görə, 1980-ci illərin əvvəllərində çəkilmiş qaz kəməri Rusiya yanacağını Ukraynadan keçməklə Qərbi Avropaya çatdırır.

Qaz kəməri Rusiya-Ukrayna sərhədindən Kursk vilayətindəki Sudja GIS ərazisində keçir.

"Yanğından əvvəl işləri "Qazprom Transqaz Nijni Novqorod" magistral qaz kəmərlərinin Zavoljski xətti idarəsi əməliyyat təşkilatı həyata keçirib", - Çuvaşiya rəhbərinin mətbuat xidməti bildirib.

Yüksək temperaturdan yanğınsöndürənlər yaxınlaşa bilmir. Yaxınlıqdakı kənd sakinlərinin sözlərinə görə, yaxınlıqda internat məktəbi var. Oradakı insanlar binaya qapandılar və buna görə heç kim çölə çıxmır.

Partlayış nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

RBC qeyd edir ki, yanan qaz kəmərindən qazın keçdiyi Sudja qaz nasos stansiyası indi Rusiya-Ukrayna sərhədində qazın hələ də tranzit olunduğu yeganə məntəqə olaraq qalır.

“RİA Novosti” yazır ki, Avropada qazın birja qiymətləri qaz kəmərindəki partlayışdan sonra artımı sürətləndirərək min kubmetr üçün 1250 dollara yaxınlaşıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN