Çin lideri Si Tsinpin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedevlə görüşüb və  Rusiya ilə Ukrayna arasındakı müharibədən narahatlığını dilə gətirib.

Reuters-in yazdığına görə, Çin başçısı münaqişənin danışıqlar yolla  həll etməyi təklif edib. O, Medvedevlə söhbət zamanı  Çinin böhranı siyasi vasitələrlə həll etmək fikrini dəstəklədiyini söyləyib.

Qeyd edək ki,  Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedev Pekinə Çin Kommunist Partiyasının dəvəti ilə gəlib. Görüşdə  tərəflər Çin və Rusiya arasında strateji əməkdaşlığın imkanlarını müzakirə ediblər.

Çin mediasının məlumatına görə, Medvedev Putinin hansısa sözünü - mesajını Çin liderinə çatdırıb. Lakin konkret olaraq nədən bəhs edildiyi açıqlanmayıb...

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Aİ ölkələri, Qərb Rusiyaya qarşı 9 sanksiya paketi tətbiq ediblər. Onlar paketlərə daxil olan minlərlə sanksiyalarla RF-ni zəiflətməyə və bu yolla Ukraynadakı müharibədən vaz keçməyə səy göstəririlər. Lakin 10 aydır ki, onların bu sanksiyaları Rusiyanı sülhə məcbur edə bilməyib...

Bir müddət əvvəl isə Rusiya Çin və digər ölkələrin silahlı qüvvələrinin iştirakı ilə həftəlik hərbi təlimlər keçirildi.

Bəzi siyasətçilər bu təlimləri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qoşun yeritməsindən sonra Moskva ilə Pekin arasında artan müdafiə əlaqələrini  nümayiş  etdirməsi kimi də dəyərləndirirlər...

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN