Ukrayna prezidenti İran XİN sözçüsü tərəfindən hədələnib.

Cümə axşamı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Volodimir Zelenskinin Tehranın Ukraynaya qarşı müharibədə Moskvaya hərbi dəstəyi ilə bağlı bəyanatlarını tənqid edib.

Kənaninin şərhi İran Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Qeyd edilib ki, İran “Ukraynadakı müharibədə istifadə üçün heç bir tərəfə heç bir hərbi texnika verməyib” və Ukrayna da daxil olmaqla bütün ölkələrin ərazi bütövlüyünə həmişə hörmət edir.

"Zelenski bilməlidir ki, İranın bu cür əsassız ittihamlara qarşı strateji səbri sonsuz deyil", - deyə İran XİN-nin sözçüsü deyib.

Kənani, həmçinin Ukrayna prezidentinə “ABŞ-ın dəstəyindən razı qalan bəzi siyasi liderlərin taleyindən dərs almağı” da tövsiyə edib...

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Konqresin hər iki palatasındakı çıxışında İranın Rusiyaya hərbi dəstəyini bəyan edib.

Qeyd edək ki, artıq ABŞ, Avropa Birliyi və Kanada Rusiyaya hərbi yardım etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq edib. Ukrayna isə İranla diplomatik münasibətləri kəsmək imkanını müzakirə edir.

Lakin Rusiya və İran qərbin ittihamlarını qəbul etmir və inkar edirlər.

***

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib

Rusiyanın Ukraynaya hücumundan sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb.

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN