Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması məsələsi üzrə dünən keçirilən məhkəmə iclası hakimin qərarı ilə dekabrın 29-u, saat 11:00-da davam etdiriləcək.

Tezadlar.az 24News.ge -yə istinadla bildirir ki, bu barədə Saakaşvilinin vəkili Şalva Xaçapuridze mətbuata verdiyi açıqlamasında bildirib. Vəkil Saakaşvilinin səhhətinin son dərəcə ağır olduğu üçün, hakimdən prosesin növbəti günə təyin edilməsini istəyib. Hakim isə öz növbəsində məhkəmə iclasının gündəlik keçirilməsinin mümkün olmadığını bildirib. “Bu gün biz bütün günü bir şahidin dindirilməsinə həsr etdik və mən bu günə planlaşdırdığım digər işləri təxirə saldım. Hər gün görüş təyin etmək fiziki cəhətdən mümkün deyil. Vəsatətə baxılması üçün dəqiq müəyyən edilmiş müddət yoxdur, biz bununla məhdudlaşmırıq və onu da nəzərə almaq lazımdır ki, məsələyə baxılması və şahidlərin dinlənilməsi bir neçə iclas tələb edir”.

Beləliklə,  dekabrın 29-da məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdiriləcək.
1 dekabr tarixində Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin cəza çəkməkdən azad olunması üçün məhkəməyə müraciət edib. Gürcüstanın siyasi hakimiyyəti isə Saakaşvilinin azad edilməsinə tələsmir

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN