Pentaqon Ukrayna layihələri çərçivəsində yarımçıq qalmış tədqiqatları Mərkəzi Asiya və Şərqi Avropa ölkələrinə köçürür.

Bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RCBZ) rəisi, general-leytenant İqor Kirillov bildirib.

"Mövcud məlumatlara görə, Pentaqon Ukrayna layihələri çərçivəsində tamamlanmamış tədqiqatları fəal şəkildə Mərkəzi Asiya və Şərqi Avropa dövlətlərinə ötürür. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi ilə Afrika və Asiya-Sakit okean regionu dövlətləri - Keniya, Kamboca, Sinqapur, Tayland arasında əməkdaşlıq artır", - Kirillov bildirib.

Onun fikrincə, artıq yüksək səviyyədə bioloji izolyasiyaya malik laboratoriyaları olan dövlətlər ABŞ hərbi departamentinin xüsusi marağına səbəb olur.

E.ŞİRİNOV

 

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN