Yüzlərlə nümayişçi şəhərin mərkəzində əsl xaos yaradıb. Binaların pəncərələrinə daş və çubuqlar atırlar, avtobus dayanacaqlarını sındırırlar, maşınları yandırırlar. Polis qanunu pozanları dəf etməyə çalışır - gözyaşardıcı qazdan istifadə edilir.

Poqromlarda 30-dan çox polis əməkdaşı yaralanıb, 11 qanun pozucusu həbs edilib.

Dekabrın 23-də 69 yaşlı kişi Parisin onuncu rayonunda kürd mədəniyyət mərkəzinin yaxınlığındakı küçədə atəş açıb. Saxlanılana qədər cinayətkar bir neçə nəfərə xəsarət yetirə bilib. Nəticədə, 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Daha sonra hücum edən şəxs psixiatriya klinikasının xəstəxanasına yerləşdirilib.

Həmin şəxsin 2016 və 2021-ci illərdə sui-qəsdlər təşkil etdiyi məlum olub. Prokurorluq qəsdən adam öldürmə maddəsi ilə iş açıb.

Axşam və gecə kürdlər polislə ilk atışmalara başladılar, şənbə günü isə iğtişaşlar davam etdi.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN