Türkiyədə bir rusiyalı selfi çəkdirmək istəyərkən qəzaya uğrayıb.

Bu barədə yerli “Pusuxaber” nəşri məlumat yayıb.

Hadisə dekabrın 25-də baş verib. Serik şəhərində qalan Rusiya vətəndaşları 35 yaşlı Stanislav İvançenko, 54 yaşlı Nataliya Filimonova və 34 yaşlı Anna Filimonova Antalyanın Köprülü Kanyonuna gəzintiyə çıxıblar. Selfi çəkdirmək istəyən zaman kişi müvazinətini itirərək 35 metrlik qayadan yıxılıb.

Qeyd olunur ki, İvançenko yıxıldıqdan dərhal sonra dünyasını dəyişib. Hadisə yerinə baxış keçirildikdən sonra meyit yarılmaq üçün Məhkəmə Tibb İnstitutunun morquna aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hava limanında gənc qadın təyyarəyə minərkən nərdivandan tullanaraq qorxaraq sərnişinlərin gözü qarşısında yerə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin 15 metr hündürlükdən yıxılıb.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN