Aİ müşahidəçilərinin yeni texniki missiyası artıq Ermənistandadır.

Bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın  İctimai Televiziyasının efirində bildirib.

 O, bəyan edib ki, İrəvan öz tərəfdaşları ilə silahların alınması və suverenliyi qorumaq üçün digər mexanizmlərin həyata keçirilməsi üzərində işləyir, onlardan biri də Avropa missiyasının olmasıdır.

 Missiya hərbi xarakter daşımır, lakin o, belə imkanları ehtiva edir... Onlar getməyiblər”, - deyə  Qriqoryan vurğulayıb.

 

Təhlükəsizlik Şurasının katibi bildirib ki, oktyabrın 19-da Ermənistana gələn müşahidəçilər ölkəni tərk ediblər, lakin onların yerinə artıq yeni texniki missiya gəlib və onların vəzifəsi vəziyyəti qiymətləndirməkdir...

Xatırladaq ki, Aİ-nin Ermənistanın Azərbaycanla sərhədindəki müşahidəçi missiyası oktyabrın 17-də fəaliyyətə başlamışdı.

Y.MƏMMƏDLİ

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN