İranın əfsanəvi futbolçusu Əli Daeinin ailəsi ölkədən kənara buraxılmayıb.

Bu barədə yerli KİV yazır.

 Keçmiş beynəlxalq yarımmüdafiəçi həyat yoldaşı və qızının Dubaydakı  tətil günlərində ona qoşulmaq üçün getməyə hazırlaşdığını, lakin onların ölkəni tərk etmələrinin qarşısını almaq üçün təyyarənin yönləndirildiyini söyləyib.

 Belə ki, təyyarə Fars körfəzindəki adaya enib və Daeinin ailəsi heç bir izahat verilmədən uçuşdan çıxarılıb.

***

Qeyd edək ki, Əli Daeni 21 mart, 1969- cu ildə Ərdəbildə doğulmuş İran azərbaycanlısıdır - türküdür.

 2004-cü ildən 2021-ci ilə qədər (17 il ərzində) dünya milli komandaları arasında ən çox qol vuran futbolçu olub (109 qol).

Portuqaliyalı Kriştiano Ronaldo 2021-ci ildə indiyədək vurduğu 118 qolla onu qabaqlayıb. O, 2007-ci ildə təqaüdə çıxıb.YUNESKO-nun xoşməramlı səfiridir.

 Bu ilin əvvəlində Əli Daei İranda Məhsa Əminin ölümündən sonra ölkəni bürümüş kütləvi etirazları dəstəkləyib.

***

Xatırladaq ki, sentyabrın 13-də İranın əxlaq polisi 22 yaşlı Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxarkən hicabı "düzgün" geyinmədiyinə görə saxlayıb. Polis ona deyib ki, bacısını  “təkrar təhsil” sahəsindəki dərsə aparacaqlar və buraxacaqlar. Sahədəki yerindən qız xəstəxanaya aparılıb və daha sonra orada dünyasını dəyişib. Aminin ürək xəstəliyi olmadığı üçün qohumları polisi qətldə şübhəli bilirdilər. Gənc qızın ölüm günü, sentyabrın 16-da İranda 160 şəhər və qəsəbəni  əhatə edən ilk etirazlar başladı.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN