General Andrey Volkov görüş üçün Xankəndiyə gəlib

Dekabrın 28-də günün ikinci yarısında Ermənistanın teleqram- kanalları Rusiya sülhməramlı qüvvələrinin komandanı general Andrey Volkovun Xankəndinə gəldiyini bildiriblər.

Qeyd edilir ki, Volkov “hökumət” binasında separatçıların liderlərilə danışıqlara başlayıb.

Bildirilik ki, Volkov qondarma “prezident” Arayik Arutyunyanın yox, qondarma “dövlət naziri” Ruben Vardanyanın yanına gedib.

KİV-də gedən bəzi məlumatlara görə, söhbətin Laçın dəhlizi və mədənlərə baxış barəsində ola biləcəyi gözlənilir.

Həmçinin Kremlin də bəzi ismarıclarının çatdırılacağı istisna edilmir...

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Lakin Rusiya sülhməramlıları buna imkan verməyib. Əksinə, əraziyə erməni separatçıları yığılıb və nümayəndələrimizi təxribata cəlb etmək istəyiblər.

Daha sonra Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin, ekofəallar əraziyə gedib və sülhməramlıların komandiri Volkovla görüşmək istədiklərini bildirdikdə isə sülhməramlılar əraziyə ağır texnika cəlb etməyə başlayıblar.

Bundan sonra  ekofəallar, QHT üzvləri Azərbaycan yataqlarının qeyri-qanuni istismarı ilə bağlı Azərbaycan mütəxəssislərinin monitorinq üçün əraziyə buraxılmamasına etiraz olaraq dinc aksiya keçirməyə başlayıblar. Onlar həm də  Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Lakin Volkov hələ də görüşə gəlmir...

Havanın şaxtalı keçməsinə baxmayaraq, aksiya iştirakçıları dayandıqları mövqedən geri çəkilmirlər və gecə-gündüz ayaqda keşik çəkirlər.

JASMİN 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN