Qazaxıstan BMT Baş Assambleyasının “Krım Muxtar Respublikasında və Ukraynanın Sevastopol şəhərində insan hüquqları sahəsində vəziyyət” adlı qətnaməsinin əleyhinə səs verib.

Qazaxstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov departamentdə keçirdiyi brifinqdə Qazaxıstanın bu məsələ ilə bağlı mövqeyini açıqlayıb.

Aybek Smadiyarov qeyd edib ki, dekabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyası “Krım Muxtar Respublikasında və Ukraynanın Sevastopol şəhərində insan hüquqları sahəsində vəziyyət” adlı qətnamə qəbul edib.

O, Qazaxıstanın həmin qətnamənin əleyhinə səs vermə səbəblərini izah edib: “Birincisi, Qazaxıstan BMT Nizamnaməsinə uyğun olaraq Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda, biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünün tərəfdarıyıq.

İkincisi, bizim prinsipial mövqeyimizə - bu məsələyə - Krım Muxtar Respublikasında və Sevastopol şəhərində insan haqlarının vəziyyəti ilə bağlı BMT-nin xüsusi qurumunda, yəni BMT-nin İnsan Hüquqları Şurasında (İHŞ) baxılmalıdır. Eyni zamanda, BMT Baş Assambleyasının “BMT-nin İnsan Hüquqları Şurası haqqında” 60/251 saylı qətnaməsinə uyğun olaraq, İHŞ öz işində qeyri-seçimlik, obyektivlik prinsiplərini rəhbər tutmalı və siyasiləşmədən çəkinməlidir”, - o, bildirib.

Həmçinin əlavə edib ki, Qazaxıstan digər 46 ölkə ilə birlikdə BMT İHŞ-nın üzvüdür və əvvəllər olduğu kimi, Qazaxıstan 2013-2015-ci illərdə İHŞ-nın üzvü olanda da problemli məsələlərin aradan qaldırılmasında “zərər vermə, kömək et” prinsipindən çıxış edib və buna davam edir.

“Qazaxıstanın bu qətnamə ilə bağlı mövqeyi ardıcıl və dəyişməzdir. Qazaxıstan BMT Baş Assambleyasının 2016-cı ildə 71-ci, 2017-ci ildə 72-ci, 2018-ci ildə 73-cü, 2019-cu ildə 74-cü, 2020-ci ildə 75-ci və 2021-ci ildə 76-cı sessiyasında səsvermə zamanı bu qətnamə ilə bağlı analoji mövqedən çıxış edib. 2016-cı ildən biz bu qətnaməyə eyni şəkildə səs verməyə davam edirik.

Son iki həftə ərzində sosial şəbəkələrimizdə emosional rəng kəsb edən məlumatlar ona gətirib çıxarıb ki, cəmiyyət qızğın müzakirələrə başlayıb, guya Qazaxıstan hansısa maraqları qəbul edib, Xarici İşlər Nazirliyi düzgün işləmir”, - deyə Aybek Smadiyarov vurğulayıb.

Xatırladaq ki, dekabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyası “Krım Muxtar Respublikasında və Ukraynanın Sevastopol şəhərində insan hüquqları sahəsində vəziyyət” adlı qətnamə qəbul edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN