Bu gün səhər Ukraynanın bir neçə şəhərində partlayışlar səsləri eşidilib.

“Strana” qəzeti Kiyevdəki partlayışlar barədə məlumat yayıb. Öz növbəsində, hadisə şahidləri TASS-a bildiriblər ki, "[paytaxtın] şimal-qərbində, daha yaxında güclü partlayışlar eşidilir".

"Təxminən saat 08:20 [Moskva vaxtı ilə 09:20] güclü partlayış olub. Şimal-qərbdəki evlərdə pəncərə şüşələri titrəyib", - başqa bir şahid bildirib.

Hadisə şahidinin TASS-a verdiyi məlumata görə, Odessanın cənub-şərq ətraflarında iki partlayış səsi eşidilib: "On dəqiqə ərzində iki partlayış eşidilib".

Daha sonra bu iki şəhərdə ikinci partlayış dalğası qeydə alınıb. Bu barədə “Klymenko Time” nəşri məlumat yayıb. Ukraynanın paytaxtında baş verən partlayışlarla bağlı məlumatı şəhərin meri Vitali Kliçko təsdiqləyib.

UNİAN xəbər agentliyi xəbər verir ki, Xarkovda iki partlayış səsi eşidilib. Nikolaevdə partlayışlar baş verib. “Strana” və “Ukrayinska pravda” nəşrləri yazır ki, Lvovda silsilə partlayışlar baş verib. Ukraynanın şimalındakı Jitomir vilayətində partlayışlar barədə “Vesti” qəzeti məlumat yayıb.

Bundan əvvəl bütün Ukraynada hava xəbərdarlığı elan edilmişdi. Ukrayna mediası gecə saatlarında Dnepr, Nikopol, Sumı və Xarkovda partlayışların baş verdiyini yazıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN