TASS-ın müxbiri xəbər verir ki, cümə günü Donetsk Xalq Respublikasının parlamenti yekdilliklə yeni konstitusiya qəbul edib.

"Bu gün biz tarixi hadisənin iştirakçısıyıq. Bu mərhələ Donbasın rus mədəni-tarixi ənənəsinin sinəsinə qayıtması, ümidlərimizin doğrulması, səkkiz ildir ki, çalışdığımız məqsədə çatması deməkdir”, - DXR rəhbəri Denis Puşilin respublika parlamentində çıxış edərkən bildirib

Puşilin qeyd edib ki, rayonun yeni konstitusiyası uşaqların ailə tərbiyəsinin prioritetini müəyyən edir, onların hərtərəfli inkişafı və vətənpərvərlik tərbiyəsi üçün şərait yaradır.

"Əsas Qanun uşaqların ailə tərbiyəsi, onların rifahı və inkişafı üçün qayğının prioritetini müəyyən edir. Bu, ailədə uşaqların hərtərəfli mənəvi-əxlaqi, intellektual və fiziki inkişafına, vətənpərvərlik, vətəndaşlıq və böyüklərə hörmət kimi tərbiyə olunmasına əlverişli şərait yaradır”, - D.Puşilin deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN