Paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıda Nizami rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydalarını pozması nəticəsində baş verib. "Mercedes"də olan 3 nəfər ölüb. Hadisənin təfərrüatları dəqiqləşdirildikdən sonra ətraflı məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır”.

Baş inspektor bildirib ki, qəza ilə əlaqədar yolda yaranmış sıxlıq aradan qaldırılıb, avtomobillərin hərəkəti təmin olunub.

“Sürücüləri bayram günlərində diqqətli olmağı çağırır, spirtli içkilərin təsiri altında və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edirik”, - deyə o bildirib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN