Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin (USQ) Yujno-Donets istiqamətində əks-hücum etmək cəhdlərinin qarşısını alıblar. Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Şöbədən bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri itirilmiş mövqelərini bərpa etmək üçün əks-hücuma keçmək istəyiblər, lakin bütün cəhdləri artilleriya zərbələri və hərbçilərin səyləri ilə dəf edildiyi üçün buna nail ola bilməyiblər.

Qeyd olunur ki, sözügedən istiqamətdə 50-dən çox Ukrayna əsgəri məhv edilib. Bundan əlavə, iki zirehli döyüş maşını və üç texnika məhv edilib.

Bundan əvvəl Müdafiə Nazirliyi Kiyevin Rusiyaya qarşı planlaşdırdığı hücumların dayandırılması barədə məlumat vermişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN