ABŞ-ın Moskvadakı səfirliyi Rusiya xalqına müraciət dərc edib və onu video-çıxışla dəstəkləyib. Amerika diplomatik missiyasının müraciəti Telegram-da yerləşdirilib.

Yazıda deyilir ki, Rusiya və ABŞ “dünyanın üzləşdiyi ən böyük çağırışların öhdəsindən gəlmək üçün mübarizə aparıb və əməkdaşlıq ediblər”. Bundan əlavə, səfirlik bəyan edib ki, Amerika məktəblərində rus ədəbiyyatı tədris olunur, “əsərlər (teatr əsərləri nəzərdə tutulur – təqribən “Lenta.ru”) bizim ən nüfuzlu mədəniyyət müəssisələrimizdə ifa olunur”.

Sonda deyilir ki, iki ölkənin “ortaq mədəniyyəti” və ümumi nailiyyətləri var. "Biz baş verənlərin sizə layiq olmadığına inanırıq və daha dinc gələcək yaratmaq üçün səy göstərən hər birinizlə həmrəyik", - mesajda deyilir. Bu sətirlərdə videoda Ukraynadakı hərbi münaqişə və Rusiya şəhərlərindəki etiraz aksiyalarının görüntüləri görünür.

2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başladığını elan edib. Moskva öz məqsədlərini Donbas əhalisinin müdafiəsi və Ukraynanın denazifikasiyası və demilitarizasiyası adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN