NATO KFOR-un (Kosovo qüvvələri -NATO-nun rəhbərlik etdiyi sülhməramlı qüvvələr-red) himayəsi altında olan sülhməramlı missiya yanvarın 5-də Kosovonun şimalında yerli serblər tərəfindən son gərginlik zamanı tikilmiş sonuncu nəzarət-buraxılış məntəqələri və barrikadaları söküb.

Bu barədə “Euractiv” xəbər yazıb.

"Barrikadaların götürülməsi NATO və Aİ müttəfiqlərinin gərginliyi azaltmaq üçün göstərdiyi gərgin səylərdən sonra, KFOR və EULEX (Aİ xüsusi missiyası -red) missiyalarının mühüm dəstəyi ilə baş verib. Son barrikadaların aradan qaldırılması insidentlərin qarşısını almaq üçün tez və təhlükəsiz şəkildə həyata keçirilib", - kommünikedə deyilir. 

Əlavə olaraq qeyd edlir ki, NATO ölkələri Belqrad və Priştina arasında dialoqa bütün icmaların maraqlarını nəzərə alan və davamlı sülhə nail olmaq üçün mübahisəli məsələlərin həllinin əsas yolu kimi baxmaqda davam edirlər.

***

Xatırladaq ki, 1389-cu ildəki Birinci Kosovo Döüşündən sonra bölgə I Murad tərəfindən Osmanlı İmperiyasına keçmişdir. Osmanlı idarəçiliyi dövründə Kosovoya serblər yalnız 1878-ci ildəki Rus-Osmanlı müharibəsi dövründən sonra iddia irəli sürməyə başlamışdılar. 5 əsrdən çox Osmanlı imperiyasının nəzarətində qalan bu ərazi 1912-ci ildəki Birinci Balkan müharibəsi dövründə Serbiyaya ilhaq edilmişdir.

İkinci Dünya Müharibəsindən sonra isə Kosovo Yuqoslaviyaya bağlı bir əyalət statusunu almışdır. 7 aprel 1963-cü ildən Yuqoslaviya Federativ Sosialist Respublikası adlanan ölkə 1992-ci ildən etibarən parçalanmağa başlamışdır. Əvvəlcə Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Hersoqovina Yuqoslaviya Federativ Sosialist Respublikasından ayrıldı. Bütün bu müddət ərzində Kosovo Yuqoslaviyanın tərkibində olur. 2003-cü ildə Yuqoslaviyanın adı Serbiya və Çernoqoriya olaraq dəyişdirilir. Ancaq parçalanma bununla da bitmədi. Bələ ki, 2006-cı il may ayının 21-də referendumda 55,5% səs çoxluğu ilə Monteneqro Serbiyadan ayrılıb müstəqil dövlət olur. Beləliklə, keçmiş Yuqoslaviya ərazisinin parçalanması nəticəsində yaranan müstəqil dövlətlərin sayı 6-ya çatır. Amma parçalanma davam edir və nəticədə 7-ci müstəqil dövlət Kosovo yaranır.

Lakin gərginlik hələ də davam edir...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN