TASS fövqəladə hallar xidmətinin nümayəndəsinə istinadən xəbər verir ki, Ukrayna hərbçilərinin Starobeshevskaya İES-ə endirdiyi zərbə nəticəsində bir qadın ölüb.

Ölən qadının meyiti stansiyanın dağıntıları altından çıxarılıb. Rayon hakimiyyəti daha əvvəl bildirmişdi ki, Starobeshevskaya İES-in ən azı iki əməkdaşı Ukrayna Silahlı Qüvvələrinin atəşə tutulmasından sonra dağıntılar altında ola bilər.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Novı Svet qəsəbəsini atəşə tutub, hücum nəticəsində Starobeshevskaya İES-ə ziyan dəyib.

Həmçinin yanvarın 8-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri və millətçilər KXDR-in Zuqres kəndinə “Toçka-U” operativ-taktiki raket kompleksindən zərbə endiriblər. Rusiya Federasiyasının hava hücumundan müdafiə sistemləri ukraynalı yaraqlıların Donetsk yaxınlığındakı Zuqres kəndindəki Zuevskaya İES-ə atdığı raketi vurub. Zuevskaya İES normal işləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN