Britaniya hakimiyyəti Londonun Ukraynaya tanklar göndərəcəyi ilə bağlı xəbərlərə reaksiya verib.

Bu barədə "Reuters" Britaniya baş nazirinin mətbuat katibi Rişi Sunaka istinadən xəbər verir.

"Hazırda tankların verilməsi ilə bağlı hələ heç bir yekun qərar qəbul etməmişik... Bu cür məsələlərlə bağlı qərarlar qəbul edilənə qədər biz hansı texnikanın göndərilə biləcəyi və ya göndərilməməsi ilə bağlı fərziyyələri şərh etmirik", - Böyük Britaniya baş nazirinin mətbuat katibi bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya ukraynalı həmkarları və Londonun müttəfiqləri ilə birlikdə Kiyevə ən yaxşı dəstəyin hansı formasını verə biləcəyini müzakirə etməyə davam edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN