İmişli rayonunun Aranlı kənd məktəbinin müəllimi Leyla Nəcəfquliyeva bir neçə gün əvvəl sosial şəbəkələrdə onların məktəbində uşaqlar üçün tualetin olmadığını bildirən video yaymışdı.

O, ictimaiyyəti müdaxiləyə və bu problemin həllinə kömək etməyə çağırmışdı. Bu gün qadın yenidən  bir video yayımlayıb  və ağlayaraq ictimaiyyətdən bu problemi həll etmək üçün bütün fəaliyyətləri dayandırmağı xahiş edib. O, bildirir ki, onu təhdid edir və cinayətkar adlandırırlar. Lakin o, konkret kimin ona təzyiq etdiyini açıqlamır. Məsələ ilə bağlı Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək hələki mümkünsüzdür. 

Bütün hallarda Təhsil Nazirliyi məsələni ciddiliyi ilə araşdırmalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN