Prezident müşavirə keçirib və şəhər rəhbərliyinin fəaliyyətini sərt tənqid edib:” Boş sözərə, yalan hesabata, aşağı enmədiyinə görə,  bu insafsızın ayağı yerdən üzülsün deyə onu işdən çıxartdım...”

Özbəkistan prezidenti Şavkat Mirziyoyev yanvarın 16-da enerji böhranı ilə bağlı keçirilən müşavirədə Daşkəndin hakimi (meri -red) Cahongir Artıkxocayevin işdən çıxarılmasının səbəblərini açıqlayıb. Dövlət başçısının mətbuat xidməti onun çıxışının videosunu yayıb.

“Əhalimiz təbii qaz və elektrik enerjisinin verilməsi, kommunal xidmətlərin keyfiyyəti ilə bağlı ciddi etirazlarını bildirir. Hamımız bunu görürük. Mən özüm də (rəhbərlərin) mövcud vəziyyətə hazır olmadığını görürəm, xüsusən də Daşkənd şəhərinin bütün səviyyələrdə olan rəhbərləri. Bunu xalqımız da görür”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edilib ki, bu günədək paytaxtda elektrik enerjisinin sutkalıq limitinin 3 milyon kilovatsaat müəyyən edilməsinə baxmayaraq, 6 minə yaxın topdansatış istehlakçısının qaz təchizatı dayandırılıb, 584 məhəllədən 120-də elektrik enerjisinin və qazın verilişi dayandırılıb.

Təkcə yanvarın 15-də Daşkənddə 7 yüksək və 524 aşağı gərginlikli transformator, həmçinin Daşkənddə 87 transformator artan yükün öhdəsindən gələ bilməyib sıradan çıxıb. Xüsusilə Yunusabad, Mirzo-Uluqbəy və Üçtəpə rayonlarında gün ərzində 100-ə yaxın qəza baş verib.

 “Niyə paytaxtda belə hal baş verir? Niyə əvvəlcədən hazırlaşmadıq? Bu barədə bu qədər danışmağımıza baxmayaraq, Nazirlər Kabinetinin məsul şəxsləri hara baxırdılar sualı mənə əzab verir. Bununla əlaqədar olaraq, əvvəlcədən qiymətləndirmə aparılmadan qış mövsümünə hazırlıq aparılmadığı üçün  Daşkəndin hakimi Cahongir Artıkxocayevi vəzifəsindən azad etdim”, - prezident bildirib.

“Dünən qərargahda onu vəzifəsindən uzaqlaşdırdım. Boş sözərə, yalan hesabata, aşağı enmədiyinə görə,  bu insafsızın ayağı yerdən üzülsün deyə onu işdən çıxartdım”-  deyə vurğulayıb.

Şavkat Mirziyoyev, həmçinin Özbəkistanın DTX-na və Baş Prokurorluğuna bu gün işdən çıxarılan məmurların fəaliyyətinin araşdırılmasını və qanun pozuntuları aşkar edilərsə, onların məsuliyyətə cəlb olunmasını da tapşırıb.

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN