Ermənilərin guya Qarabağda blokadaya alınmaları ilə bağlı feyk məlumatları və saxta etirazları bir daha ifşa edilməkdədir...

Halbuki bu mənfurlar 30 il ərzində bizim Qarabağa yolumuzu bağlamışdılar... Və şəhər və kəndlərimizi viran qoymuşlar, hətta daş üstə daş belə qalmamışdır... İndi bir aydır Azərbaycanın ekofəalları bu yoldan milli sərvətlərimizi talan edən ermənilərin yük və silah dolu avtomobillərinin keçməsinə imkan vermirlər deyə, harayları ərşə, daha doğrusu, Fransaya dirənib... Bu fakt isə diqqəti çəkir ki, 2022-ci ilin dekabrın 31-dən indiyədək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 451 avtomobil maneəsiz şəkildə hərəkət edib. Və  etirazların ilk günündə olduğu kimi, son 18 gündə də həmin maşınların toplanış yerində hərəkət etməsinə şərait yaradılıb, həm minik, həm də yük maşınları Xankəndi-Laçın yolunun hər iki istiqamətinə keçid ediblər.

Ən maraqlısı, indiyədək Xankəndidən Laçın istiqamətinə keçid edən beynəlxalq təşkilata məxsus avtomobillərin içərisində erməni ailələr də olub. Həmin maşınlar geri qayıdanda isə nəqliyyat vasitələrinin yük yerində dərman preparatları və uşaq qidaları Xankəndi istiqamətinə aparılıb. Bunlar bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Beləliklə, ermənilər vı onlara ağıl öyrədənlər anlamalıdırlar ki, Qarabağ Azərbaycandır və Azərbaycan öz ərazisindı nəyi necı etməyin məsləhətini nə Makrondan, nə də Paşinyandan istəyəsi deyil...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN