Ötən gün yol qəzasına düşmüş Fövqəladə Hallar Nazirliyinin (FHN) sürücüsü vəfat edib.

Hadisə Oğuz rayonunun Sincan kənd ərazisində qeydə alınıb. Belə ki, yanvarın 14-də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayonu DYMH-də sürücü kimi çalışan Aslan Umarov rayon ərazisində yol qəzasına düşüb. O, yanvarın 17-də saat 12 radələrində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Hadisənin kimin günahından olduğu barədə hələki məlumat verilmir. Lakin fakt odur ki, ortada sürücü diqqətsizliyi var.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN