"900 manat maaş alıram" - Misir Mərdanov

Sabiq təhsil naziri Misir Mərdanov qonaq olduğu  “1inci TV” adlı “YouTube” layihəsində adı rüşvət qalmaqallarında hallanan  məktəb direktorlarından danışıb. 

Yerli KİV-in məlumatına görə, sabiq nazir xoşagəlməz hal yaradan direktorların təhsil sisteminə yaxın buraxılmamasının tərəfdarı olduğunu və nazir işlədiyi dövrdə rüşvət almadığını bəyan edib.

 O, qeyd edib ki, elə məktəb direktoru var, 2 500 manat maaş alır.

"Bu, az pul deyil. Mənim elə özümün burada aylıq əməkhaqqım 900 AZN-dir. Bu qədər maaş alan direktor həm də bunu edirsə, deməli, həmin şəxs sistemə yaxın qoyulmamalıdır. Təəssüf ki, belə hallar əvvəllər də olub, indi də olub, gələcəkdə də olacaq. Mənə rüşvət təklif edən olmayıb. Lakin sonralar hiss etmişəm ki, birisi mənə nəsə etmək istəyib, həmin adamı qəbul etməmişəm”, - deyə bildirib.

TEZADLAR.AZ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN