Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti-yə bildirib ki, Qərb siyasətçiləri Moldovanı "növbəti Ukrayna" rolu üçün nəzərdən keçirirlər və artıq "demək olar ki, hər şeyə hazır" prezident təyin ediblər.

"İndi Moldova bu rola baxır", - Lavrov deyib.

S.Lavrov izah edib ki, Qərb NATO-ya üzv olmağa can atan və Rumıniya vətəndaşlığı olan Maia Sandu ölkə prezidenti postuna "azad demokratik olmaqdan uzaq, kifayət qədər spesifik üsullar" qoya bilib.

"O, Rumıniya ilə birləşməyə hazırdır və ümumiyyətlə, demək olar ki, hər şeyə hazırdır", - deyə nazir fikrini yekunlaşdırıb.

Qeyd edək ki, yanvar ayında Sandu "Politico"ya müsahibəsində Moldovanın NATO-ya daxil olmaq üçün konstitusiyada təsbit olunmuş neytral statusundan imtina edə biləcəyini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN