Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko bir gün əvvəl uzun telefon danışıqları aparıblar.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Geniş spektrli məsələlər müzakirə olunub. İttifaq dövlətinin VGS (Ali Dövlət Şurası – RED.) və digər tədbirlər planları gündəmdə idi. Və dedilər ki, bir neçə ay ərzində yenidən görüşməyə razılaşıblar”, - Kremlin sözçüsü deyib.

O, hər iki liderin mütəmadi olaraq görüşdüyünü və daimi diqqət tələb edən sıx gündəliyə malik olduğunu vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN