Türkiyənin şərqində növbəti zəlzələ baş verib.

Tezadlar.az xəbər verir ki, Türkiyənin şərq bölgələrində yeni zəlzələ baş verib.

Yeraltı təkanlar Ankarada da hiss olunub.

7,7 bal gücündə ən güclü zəlzələ səhər saat 4 radələrində Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində baş verib.

Yeraltı təkanların episentri Qaziantep şəhərindən 26 kilometr aralıda yerləşib. Ocaq 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Türkiyənin bütün cənub-şərqində, Suriya, Livan və Kiprdə hiss olunub.

İlk zəlzələdən sonra ən azı 22 güclü afterşok meydana gəlib, səlahiyyətlilər ən yüksək xəbərdarlıq səviyyəsini elan ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, təbii fəlakət nəticəsində ölkədə 912 nəfər ölüb, 5 mindən çox insan yaralanıb. Suriyada səhər saatlarında 237 itki olduğu bildirilir.

Qeyd etmək lazımdır ki, bu, son dərəcə güclü zəlzələdir. Müşahidələr tarixində ən güclüsü 1960-cı ilin mayında Böyük Çilidə 9,1 bal gücündə zəlzələ olmuşdur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN