Türkiyənin bəzi bölgələrində baş verən ən güclü və dəhşətli zəlzələlərdən sonra Rusiyanın cənub bölgələrində maqnitudası 3 bala qədər olan yeraltı təkanlar hiss olunub.

Belə ki, zəlzələ Şimali Osetiya, Çeçenistanda və Soçi şəhərində də özünü büruzə verib.

Xatırladaq ki, bazar ertəsi Türkiyədə iki silsilə zəlzələ baş verib - səhər tezdən, sonra isə günorta saat 13.10 radələrində. Yeraltı təkanların maqnitudası 7,7 bal olub. Zəlzələlərdən sonra zəlzələlərin bir hissəsi Rusiyaya da çatıb. Qeyd olunur ki, səhər saatlarında baş verən zəlzələnin afterşokları günortadan sonra olanlardan daha zəif olub. Orta hesabla 2-3 bal qiymətləndirilir, zərərçəkənlər və dəymiş ziyan haqqında məlumat yoxdur.

Həmçinin Abxaziya, Cənubi Osetiya, Gürcüstan və Azərbaycanda da zəif yeraltı təkanlar hiss olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ölənlərin sayı artır. "Bu gecə saat 04:17-də son bir əsrdə yaşadığımız, 1939-cu ildə baş verən Ərzincan zəlzələsindən sonra ən dəhşətli zəlzələni yaşadıq. Zəlzələnin ocağı Kahramanmaraşda 7,7 bal gücündə, yerin 7 kilometr dərinliyində baş verib. Zəlzələnin ağır nəticə verdiyi ərazilərdə dəstəklər davam edir. Əsas diqqətimiz insanların xilas edilməsidir”, - deyə Ərdoğan bildirib. 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN