Türkiyədə baş verən zəlzələdə ölənlər arasında bir Rusiya Federasiyası vətəndaşı da var.

Xatırladaq ki, fevralın 6-na keçən gecə Türkiyədə güclü zəlzələ baş verib. Zəlzələlərin episentri Qaziantep şəhərindən 26 km aralıda yerləşib.

Zəlzələ və afterşoklar Yaxın Şərq, Avropa və Mərkəzi Asiyanın bir sıra ölkələrində hiss olunub. Prezident Rəcəb Tayyib Ərdoğan bu zəlzələni 1939-cu ildən bəri ölkə üçün ən güclü təbii fəlakət adlandırıb.

Fevralın 7-nə keçən gecə 5,6 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Bu, ölkənin mərkəzi hissəsində baş verib. Ocaq 10 kilometr dərinlikdə yerləşirdi.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayının 2921 nəfərə yüksəldiyi də bildirilib. Müvafiq məlumatları Anadolu agentliyi yayıb. Daha 15 834 nəfər yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN