Ötən gün  Türkiyənin bir çox bölgələrində  baş vermiş güclü zəlzələlərdə həyatını itirmiş insanların xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının Dövlət bayrağının rəngində işıqlandırılıb.

Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcək.

Xatırladaq ki, Türkiyədə baş verən dəhşətli zəlzələnin elə ilk günündən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət xilasedici heyət qardaş ölkəyə göndərilib.

Və həmçinin ehtiyac duyulan ləvazimatlarla bağlı yardımlar da  göndərilməkdədir.

Bu gün də Azərbaycandan Türkiyəyə yola düşmüş 34 nəfərlik həkim heyəti Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göstərir. Və qardaş yardımı davam etməkdədir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin zəlzələdən zərər çəkmiş 10 vilayətində 3 ay müddətinə fövqəladə vəziyyət elan edib

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN