Fevralın 6 –da səhər və günorta saatlarında Türkiyədə 8 baladək baş verən dağıdıcı zəlzələlər litosfer plitələrinin geoloji yerdəyişməsinə səbəb olub.

Belə ki, Ərəb plitəsi Anadolu plitəsindən təxminən 3 metr şimal-şərqə və cənub-qərbə doğru irəliləyib.

Alimlərn fikrincə, “sanki Türkiyə cənub-qərbə doğru hərəkət edib”.

Bunun cəmi bir neçə on saniyə ərzində baş verdiyi dəqiqləşdirilib.

Ümumi ölçüsünün ən azı 150 kilometr olduğu bildirilir.

***

Qeyd edək ki, tektonik plitələr Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı.

Litosfer tektonik plitələrə bölünüb.Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir. Plitələrin nisbi sürəti il ərzində 0 mm.-dən 100 mm.-ə qədər dəyişə bilir.

Tektonik plitələr okeanik litosfer təbəqəsindən və daha qalın kontinental litosfer təbəqəsindən əmələ gəlir. Konvergent sərhədlərdə subduksiya plitələri mantiyaya yönəldir, material itkisi isə yeni okeanik təbəqənin əmələ gəlməsi ilə kompensasiya edilir. Bununla yerin ümumi səthi eyni olaraq qalır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN