Fevralın 8-də səhər saatlarında Türkiyənin mərkəzi hissəsində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ qeydə alınıb.

Tezadlar.az bildirir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Məlumata görə, zəlzələ universal vaxtla 5:52-də baş verib. Zəlzələnin episentri Kahramanmaraş şəhərindən 48 kilometr aralıda yerləşib.

Artıq saat 6:23-də ərazidə 3,1 bal gücündə daha bir zəlzələ baş verib.

Xatırladaq ki, fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində son 80 ilin ən güclü zəlzələsi baş verib. Bu materialın dərci zamanı verilən məlumata görə, ölənlərin sayı beş min nəfəri, yaralananların sayı isə 20 min nəfəri keçib.

Kataklizm Suriyanı da vurdu. Bu ölkədə qurbanların sayı 1250 nəfərə çatıb.

Hazırda Türkiyənin zərər çəkmiş bölgələrində fövqəladə vəziyyət rejimi qüvvədədir. Orada minlərlə xilasedici çalışır, o cümlədən başqa ölkələrdən. Fövqəladə Hallar Nazirliyinin Rusiya qrupu beynəlxalq olanlar arasında ən böyüyüdür.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN