Rusiya ordusu Ukraynadakı münaqişədə təşəbbüsü ələ keçirərək Luqansk Xalq Respublikasına (LXR) genişmiqyaslı hücuma keçib.

Tezadlar.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirib.

İnstitutun məlumatına görə, Rusiya silahlı qüvvələri (SQ) Xarkov vilayəti ilə LPR sərhədində, Svatovo-Kremennaya xətti boyunca əməliyyatlarını gücləndirib. Birləşmiş Ştatlar qeyd edir ki, Rusiya ordusunun irəliləməsi Ukrayna tərəfini Qərbi Ukraynadan LPR-ə əlavə qüvvələr köçürməyə məcbur edib.

Bundan əvvəl Polşa quru qoşunlarının keçmiş komandanı general Valdemar Skşiçak Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücum ehtimalını qiymətləndirib. Onun fikrincə, Ukrayna hərbçilərinin bu cür hərəkətlər üçün vasitələri yoxdur və hazırkı vəziyyət məğlubiyyət təhlükəsi yaradır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN