Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqının (Aİ) sammiti üçün Brüsselə gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri öz Telegram-kanalında məlumat yayıb.

"Onlar Ukraynaya döyüş təyyarələrinin tədarükü məsələsini müzakirə edəcəklər", - məlumatda deyilir.

Bundan əvvəl Zelenskinin Fransa prezidenti Emmanuel Makronla Brüsselə gedəcəyi bildirilirdi. Fevralın 8-də axşam Vladimir Zelenski Fransanın rəhbəri və Almaniya kansleri Olaf Şolsla görüşmək üçün Parisə uçub. Ukrayna prezidenti Londondan gəlib və orada Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşüb.

Həmçinin, baş nazirin müavini, İtaliyanın xarici işlər naziri Antonio Tajani baş nazir Giorgi Meloni-nin Aİ liderlərinin görüşü çərçivəsində Zelenski ilə söhbət etmək planlarından danışıb. O qeyd edib ki, baş nazir Ukrayna lideri ilə respublikanın bərpasında Romanın rolunu müzakirə etməyi planlaşdırır, onun fikrincə, bir müddət sonra bu, Aİ-nin daxili bazarının bir hissəsinə çevrilməlidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN