Almaniya kansleri Olaf Şolsa Ukraynada sülh danışıqlarının aparılmasını tələb edən petisiya göndərilib. Həmçinin, sənədin yaradıcıları Kiyevə silah tədarükünün dayandırılmasını tələb ediblər.

Petisiya bu gün səhər saatlarında, fevralın 10-da dərc olunub. Onu 30 mindən çox insan, o cümlədən tanınmış alman siyasətçiləri, yazıçıları, jurnalistləri, mədəniyyət xadimləri, incəsənət və elm xadimləri imzalayıb.

“Mən sülh üçün bu petisiyanı imzaladım. Sülh üçün çalışarkən partiyanın sərhədləri maneə olmamalıdır. Minlərlə imza hələ də çatdırılmayıb. Odur ki, siz də imzalayın”, - “Almaniya üçün Alternativ” partiyasının həmsədri Tino Krupalla Twitter səhifəsində yazıb.

Məlumdur ki, sənədin müəllifləri Sol Partiyadan olan deputat Sara Vaqenknext və alman jurnalist, “Emma” jurnalının təsisçisi Elis Şvartserdir. Onların sözlərinə görə, fevralın 25-də onlar təşəbbüslərinə dəstək məqsədilə Berlinin tam mərkəzində mitinq təşkil etmək niyyətindədirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN