Qərb Rusiyanı "kordon sanitar"ı ilə əhatə edə və ölkəni beynəlxalq pariyaya çevirə bilmədi.

Bu sözləri Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov diplomatik işçilər günü ilə bağlı çıxışında deyib.

"Bu gün Qərbin bizi "kordon sanitar"ı ilə əhatə edərək Rusiyanı təcrid etmək planlarının iflasa uğradığını iddia etmək olar", - o deyib.

XİN rəhbəri qeyd edib ki, Rusiya Federasiyası Vaşinqton, London və Brüssel tərəfindən törədilən "anti-Rusiya bacchanalia"nın nəticələrinə əzmlə dözür və dünyanın əksər ölkələri ilə əlaqələri gücləndirməkdə davam edir. Bunlara Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika və Latın Amerikası dövlətləri daxildir.

Lavrov həmçinin bildirib ki, Moskva Rusiya ilə dostluğa dəyər verən Avropa dövlətlərinin ictimai siyasi biznes dairələrinin nümayəndələri ilə fəal şəkildə dialoq aparır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN