Amerikanın avtomobil istehsalçısı "Ford" elektrikli avtomobillərin istehsalına mərhələli keçidlə əlaqədar qarşıdakı üç il ərzində Avropada 3800 işçini ixtisar edəcək.

Bu barədə CNBC şirkətin bəyanatına istinadən xəbər verir.

Avtomobil nəhəngi "daha kompakt struktur" yaratmaq üçün işçi heyətini sadələşdirmək niyyətindədir və Almaniyada 2300, Böyük Britaniyada 1300 və Avropanın başqa yerlərində 200 işçini ixtisar etməyi planlaşdırır. Eyni zamanda, şirkət yeni avtomobil modellərinin dizaynına diqqət yetirmək üçün regionda 3400-ə yaxın mühəndis vəzifəsini saxlayacaq.

"Avropada "Ford" üçün davamlı gəlirli gələcəyə yol açmaq geniş əsaslı fəaliyyət və nəqliyyat vasitələrimizi dizayn, istehsal və satma üsulumuzda dəyişiklik tələb edir. Bu, təşkilati struktura, gələcəkdə ehtiyac duyduğumuz istedad və bacarıqların axtarışına təsir edəcək", - deyə "Ford Model E"-nin Avropa üzrə baş meneceri Martin Sander bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN