Rusiya axtarış-xilasetmə qrupu Türkiyədə baş verən zəlzələ ilə əlaqədar axtarış-xilasetmə işlərini davam etdirirlər.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata əsasən, xilasedicilər dağıntılar altından seyf qutu tapıblar, seyfin içində isə ümumi dəyəri 150 min dollar olan 100 dollarlıq əskinaslar olub. Bildirilib ki, tapılan sözügedən məbləğ, Türkiyə polisinə təhvil verilib. 

Xatırladaq ki, 6 fevralda Türkiyənin 10 rayonunda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər minlərlə insanın həyatına son qoyub və "Əsrin fəlakəti" adlandırılıb.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN