Türkiyədə baş vermiş zəlzələdə çökən binaların altından təkcə insan cəsədləri deyil, eyni zamanda həlak olanlara məxsus pul və qiymətli əşyalar da tapılaraq aidiyyəti üzrə təhvil verilir...

Dünən Rusiyanın axtarış-xilasetmə qrupu Türkiyədə baş verən zəlzələ ilə əlaqədar axtarış-xilasetmə işlərini davam etdirərkən  dağıntılar altından seyf qutu tapıblar, seyfin içində isə ümumi dəyəri 150 min dollar olan 100 dollarlıq əskinaslar olub. Seyf Türkiyə polisinə təhvil verilib. 

Sosial şəbəkələrdə dağıntılar altından tapılan bu və ya digər qiymətli əşyaların sonradan kimə məxsus olmasını ayırd etmək problemləri müzakirə edilməkdədir. Çünki bank hesablarının kimə məxsus olduğu bəllidir. Lakin insanların mənzilində saxladığı pul vəsaitlərinin, eləcə də qızıl və digər qiymətli əşyalarının indi mənsubiyyətini müəyyən etmək olduqca çətin, bəlkə də mümkünsüz məsələdir.

A.Məmmədli

e3e524d2-d004-4749-a3da-73ffe7321b5c

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN