Türkiyədə baş vermiş zəlzələdən 200 saatdan çox vaxt keçməsinə baxmayaraq dağıntılar altında insanlar hələ də tapılır.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, artıq zəlzələnin 205-ci saatında Kahramanmaraşda 35 yaşlı qadın, 207-ci saatda isə Adıyaman vilayətində 12 yaşlı uşaq xilas edilib. Xətaidə zəlzələdən saat 209-da ər-arvad dağıntılar altından çıxarılıb. Sonuncu xilas edilənlər arasında 212 saat dağıntılar altında qalan 77 yaşlı qadın da var. Bununla da Türkiyədə dağıntılar altında 140 saat və daha uzun müddət sonra kömək gözləyən 64 nəfər məlumdur.

Fevralın 6-da Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı təsdiqlənmiş 41 mini ötüb. Zəlzələ qurbanlarının böyük hissəsi tikinti şirkətlərinin keyfiyyətsiz mənzil tikintilərinin nəticəsidir. İndiyədək yüzə yaxın belə tikinti fırıldaqçıları saxlanılıb.

Allah həlak olanlara rəhmət eləsin!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN