Ali Məhkəmə keçmiş prezident Almazbek Atambayevin kriminal avtoritet Əziz Batukaev işində çıxardığı hökmü ləğv edib.

Sabiq dövlət başçısı koloniyanı tərk edib və evdədir.

Fevralın 14-də Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev Moldovanovka kəndindəki 27 saylı koloniyadan azad edilib.

Bu barədə "Kabar" agentliyi məlumat yayıb.

Bir gün əvvəl Qırğızıstan Ali Məhkəməsinin Məhkəmə Kollegiyası Almazbek Atambayevə qarşı kriminal avtoritet Əziz Batukaev barəsində çıxarılmış hökmü yeni açılmış hallara görə ləğv edib.

İndi cinayət işinə yenidən Bişkekin Pervomayski rayon Məhkəməsində baxılacaq.

Sabiq prezident jurnalistlərə “Mənə qarşı bütün cinayət işləri uydurulub və ağ sapla tikilib”, -deyə vurğulayıb.

O, səhhəti ilə bağlı sualı cavablandırarkən bildirib ki, təcili müalicəyə ehtiyacı var. “Xaricdə müalicə olunmaq lazımdır. Amma həmişəki kimi qayıdacağam. I’ll be back (Mən geri qayadacağam- red)”, - deyə keçmiş prezident zarafat edib.

Həmin gün o, Koi-Taş kəndindəki evinə gəlib və burada onu qohumları və dostları qarşılayıb.

***

Xatırladaq ki, Almazbek Atambayev 1 dekabr 2011-ci ildən 24 noyabr 2017-ci il tarixədək Qırğızıstan Respublikasının Prezidenti kimi fəaliyyət göstərib.

O, ölkənin 12 və 16-cı Baş naziri, 1994-2011-ci illərdə və 2018-2019-cu illərdə Qırğızıstan Sosial Demokrat Partiyasının sədri olub. Qırğızıstan Respublikasının Qəhrəmanıdır (2017).

2019-cu ilin iyununda respublika parlamenti ona qarşı irəli sürülən ittihamlara görə onu eks-prezident statusundan və toxunulmazlıqdan məhrum edib və bu, bir sıra cinayət işlərinin başlanmasına səbəb olub.

2021-ci ilin əvvəlinə qədər onlardan yalnız biri- kriminal avtoritet Batukaevin azad edilməsi ilə bağlı hökm çıxarılmışdır. 30 noyabr 2020-ci il tarixində Qırğızıstan Respublikasının Ali Məhkəməsi bu hökmü ləğv etdi və işi yenidən baxılması üçün Pervomayski Rayon Məhkəməsinə göndərdi. Atambayevə qarşı məhkəmələrdə cinayət işlərinə baxılması 2021-ci ildə də davam etdirilib. Atambayev ona qarşı bütün ittihamları rədd edir.

2020-ci ilin yayında Pervomayski Məhkəməsi Almazbek Atambayevi Aziz Batukaevi qanunsuz olaraq azad etdiyinə görə 11,2 il müddətinə azadlıqdan məhrum edib.

JASMIN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN