Saakaşvilinin sonuncu məhkəməsindən və prezident Salomenin onun barəsində çıxarılan məhkəmə qərarına mənfi mövqeyindən sonra ölkədə siyasi durum gərginləşməkdədir...

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, fevralın 20-də “Vahid Milli Hərəkat” keçmiş prezident Mixeil Saakaşvilinin xaricə müalicə üçün köçürülməsi tələbi ilə hökumət administrasiyası önündə etiraz aksiyası keçirəcək . Məhz bu barədə partiya liderlərindən olan Dimitri Şaşkin məlumat verib. Onun sözlərinə görə, etiraz aksiyası Tbilisidən başqa Batumidə, həmçinin dünyanın 20 ölkəsində keçiriləcək. Şaşkin bildirib ki, Vaşinqton, London, Paris, Stokholm, Afina, Dublin, Varşava, Kiyev və s. şəhərlərdə baş tutacaq aksiyalara gürcü və ukrayna diasporu da qatılacaq.

Ölkə siyasiləri, eləcə də beynəlxalq ekspertlər Saakaşvilinin barəsində çıxarılmış son məhkəmə qərarına qəti etiraz ediblər. Məhkəmənin qeyri-humanist qərarı birmənalı qarşılanmadı.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN