Ötən ilin fevralından etibarən Ukrayna və Donbassdan Rusiyaya gələn qaçqınların sayı 5,3 milyon nəfərə yüksəlib.

Tezadlar.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunur ki, Ukrayna və Donbassdan gələn qaçqınlar arasında 738 min uşaq da var.

Məlumata görə, hazırda Rusiyanın 64 regionunda müvəqqəti məskunlaşma mərkəzlərində 40 mindən çox insan var. Onların hamısına tibbi və hüquqi yardım göstərilib.

Bundan əlavə, qaçqınlar üçün adambaşına 10 min rubl birdəfəlik ödəmələr təşkil edilib. Ümumilikdə, onlara 12,3 milyard rubldan çox pul ödənilib.

Bundan əvvəl Dövlət Duması qaçqınların tədricən Rusiyanın yeni regionlarına qayıtmasından danışmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN